Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

27 oktyabr 2021 | 16:00

23 oktyabr 2021-ci il tarixdə Azərbyacan Tibb Universitetində Nəsimi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Azərbaycan İntellektual Oyunlar Klubu və Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş Nəsimi rayonunda yerləşən ali təhsil müəssisələrinin komandaları ​ arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilmişdir. Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan İntellektual Oyunlar Klubunun vitse-prezidenti Günay Vəliyeva, Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli və tələbələr iştirak etmişlər. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli, Azərbaycan İntellektual Oyunlar Klubunun vitse-prezidenti Günay Vəliyeva qeyd etdilər ki, 8 noyabr- Zəfər Günü ​ Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış çox mühüm tarixi ​ hadisədir. 44 günlük müharibə nəticəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa etdi. Bugün hər birimiz qürurla deyə bilərik ki, biz qalib xalqın nümayəndələriyik.

Çıxışlardan sonra yarışa start verildi. 2 saat davam edən yarışda Azərbaycan Dillər Universitetinin Poliqlot komandası I, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təmsil edən ​ Maqnat və Creactivelər komandaları isə müvafiq olaraq II və III yerləri tutdu. Qaliblər kubok, diplom, medal və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

Keçidlər