Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər bağında son tamamlama işləri aparılır.

01 noyabr 2021 | 16:00

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə Nəsimi rayonu 4-cü mikrorayon,  20 Yanvar küçəsi 21 ünvanındakı bağda  xatirə kompleksinin inşaası yekunlaşmaq üzrədir.

Hazırda əraziyə qazon döşənilir, mövcud yaşıllıqlar bərpa edilir, mövsümi gül-çiçəklər əkilir və yeni oturacaqların yerləşdirilməsi istiqamətində işlər aparılır.

RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.

 

 

 

Keçidlər