Nəsimi rayonunda Zəfər günü ilə əlaqədar “Şanlı Vətən” adlı tədbir keçirilib.
29 oktyabr 2021—ci il tarixdə 247 saylı tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyətinin və 247 saylı tam orta məktəbin təşkilatçılığı ilə 8 noyabr- Zəfər Gününə həsr edilmiş “Şanlı Vətən” adlı tədbir keçirilmişdir.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəbin məzunu olan və Vətən müharibəsində Laçın rayonun işğaldan azad olunmasında qazi olmuş Elnur Əzizov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə məktəbdə yaradılmış “Zəfər muzeyi” ilə tanış olmuş, “44 Günlük Vətən müharibəsi” adlı fotoalboma baxmış və məktəblilərin ifasında “Şanlı Vətən” adlı ədəbi-bədii kompozisiyasına tamaşa etmişlər.
Tədbirdə çıxış edən qazilər, vətən müharibəsi iştirakçıları və şəhid ailələri qazanılan böyük qələbəyə görə Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda məktəbin həyətində 44 ədəd xan çinarı ağacı əkildi.