22 saylı Nəsimi II seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlərə başlanılmışdır
Nəsimi rayonunda oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işləri davam edir.
Sentyabrın 23-də rayonun 22 saylı Nəsimi II seçki dairəsi dairə seçki komissiyasında da maarifləndirici məqsəd daşıyan treninqlərə başlanılmışdır.
Dairə seçki komissiyasının sədri Vaqif Qasımov qarşıdan gələn prezident seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında ən mühüm hadisə olduğunu diqqətə çatdırmışdır.
Treninq iştirakçıları seçki günü onların üzərinə düşən vəzifələrlə tanış olmuş, icra olunacaq müxtəlif prosedurlarla bağlı ətraflı məlumat almışlar.
Qeyd olunmuşdur ki, treninqlər zamanı hər bir məntəqə seçki komissiyasının üzvünə “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokolun nümunəsi və bir sıra digər sənədlərin nümunələri verilmişdir.
Treninq çərçivəsində məntəqə seçki komissiyasının üzvlərinə “Səslərin hesablanması və protokolun doldurulması”, “Məntəqə seçki komissiyası üzvlərinin rolu və vəzifələri”, “Müşahidəçilərin hüquq və vəzifələri”, “Seçki prosesində müstəsna hallar” və digər mövzularda müzakirələr aparılmışdır.
Sonda treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Seçki prosesinə hazırlıqla əlaqədar 21 saylı Nəsimi I və 23 saylı Nəsimi-Səbail seçki dairələri dairə komissiyalarında da maarifləndirici treninqlərə başlanılmışdır.