Nəsimi rayonunda Zəfər günü ilə bağlı tələbələrlə qazi və şəhid ailələrinin görüşü keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətinin və 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Zəfər günü münasibətilə tələbələrlə qazi və şəhid ailələrinin görüşü keçirilib.
Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra giriş sözü ilə tədbiri açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir.
Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir. Xüsusi vurğulandı ki, rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının hər birinin qayğısı bizim qayğımızdır.
Tədbirdə 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin iştirakı ilə ədəbi-bədii kompazisiyası tədbir iştirakçılarına xoş ovqat bağışlamışdır.
Tədbirin sonunda xatirə şəkili çəkilmişdi.