Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 8 Noyabr - Zəfər günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

04 noyabr 2021 | 16:00

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsdə 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin direktoru Könül Ələkbərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin nümayəndələri, Mərkəzin müharibədə iştirak etmiş tibb işçiləri, tibb ocağında işləyən Vətən müharibəsi qazilərinin valideynləri və qurumun əməkdaşları iştirak edib.

Tədbir Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ordumuzun şanlı qələbəsi zamanı Zəfər çıxışı və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

“Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin direktoru Könül Ələkbərov bildirib ki, 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qələbəsi tarixi hadisədir. Vətən Müharibəsi dövründə həm ön, həm də arxa cəbhədə yaralı əsgərlərə xidmət göstərdikləri üçün tibb işçilərinə, həkimlərə, tibb bacılarına, qazi valideynlərinə bir daha öz təşəkkürü bildirilmişdir.          

Tədbirin sonunda Vətən müharibəsi zamanı könüllü olaraq ön cəbhəyə yollanmış və böyük fədakarlıq göstərmiş “Kliniki Tibbi Mərkəz”in tibb işçilərinə xidmətlərinə görə bir daha minnətdarlıq bildirilib və hər biri  “Fəxri Fərman”la təltif edilib, hədiyyələr verilmiş, Mərkəzdə çalışan və övladları vətən müharibəsində yaralanan bir qrup qazi anasına  mükafatlar təqdim edilmişdir.

 

Keçidlər