Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 8 noyabr - Zəfər günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

06 noyabr 2021 | 16:00

8 noyabr - Zəfər günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universitetinin və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Tibb Universitetinin məsul əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak edib.

Tədbiri giriş sözü ilə açan rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski respublikamızda qeyd olunan 8 noyabr - Zəfər gününə aparan yol barədə geniş məlumat verərək tədbir iştirakçılarını bu möhtəşəm bayram münasibəti ilə təbrik etdi öz xoş arzularını bildirdi.

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli çıxış edərək, Vətən Müharibəsi dövründə həm ön, həm də arxa cəbhədə yaralı əsgərlərə xidmət göstərən tibb işçiləri, həkimlər, tibb bacıları barədə məlumat verdi.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər  Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 gün davam edən və Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Nəsimi rayon gənclərinin göstərdiyi qəhrəmanlıq  və şücaətlərdən danışaraq, qeyd edib ki,  bu gün Müstəqil ölkəmiz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb.

Tədbirdə iştirak edən şəhid ailələrininüzvləri və qazilər dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Tədbirdən sonra rayon ərazisində yaşayan I Qarabağ və Vətən müharibələrinin şəhid ailələrinə və qazilərə maddi yardım və ərzaq bağlamaları təqdim olunub. 

Keçidlər