ADNSU-da Zəfər gününə həsr olunmuş “Qayıdış” adlı bədii kompozisiya nümayiş olunub.
04.11.2021-ci il tarixdə Azərbaycan Dövlət Neftvə Sənaye Universitetində (ADNSU) 8 Noyabr- Zəfər gününə həsrolunmuş “Qayıdış” adlı bədii kompozisiya nümayiş olunub.
Tədbirdə əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllülərinin təqdim etdikləri “Qayıdış” bədii kompozisiyası ilə davam edib.
Tədbirdə çıxış edən ADNSU-nunTədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 44 günlük vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən və xalqımızın mübarizə əzmindən söz açaraq Zəfər günü münasibətilə iştirakçıları təbrik edib.
Tədbir də çıxış edən qonaqlar - Azərbaycan Respublikasının Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, “ASAN Könüllülük" Məktəbinin rəhbəri, 1 saylıBakı «ASAN xidmət» mərkəzinin direktoru, Nəsimi Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi və digərləri Azərbaycan tarixinin ən qürur verici və şərəfli gününü bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib və zəfər gününün il dönümü münasibətililə hər kəsi təbrik ediblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.