Nəsimi rayonunda yaşayış binalarının dam örtüklərinin əsaslı təmiri davam etdirilir.
11 noyabr 2021 | 16:00
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində qış mövsümünə hazırlıqla əlaqədar olaraq Nəsimi rayonunda Cavadxan küçəsi 19,23a və Mir Cəlal küçəsi 54, 64 saylı binaların dam örtüklərinin əsaslı təmir işləri aparılıb.
Təmir işləri zamanı binaların dam örtüklərinin əsaslı təmiri ilə yanaşı, binanın giriş qapıların və pəncərələrin dəyişdirilməsi, yağış sularını axıdan boruların və navalçaların dəyişdirilməsi də həyata keçirilib.
İşlərin keyfiyyətlə başa çatdırılması daim nəzarətdə saxlanılır.