Nəsimi rayonunda yaşayış binalarının və məhəllələrin təmir edilməsi istiqamətində işlər davam etdilirir.
15 noyabr 2021 | 16:00
Nəsimi rayonunda məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində başlanılmış işlər uğurla davam etdirilir. Görülmüş işlər çərçivəsində H.Seyidzadə küçəsi 11,13,17,27a və 20 yanvar küçəsi 7a saylı binaların girişi qapı və pəncərələri dəyişdirilir, yeni yağış suları axıdan navalça və borular quraşdırılır, özbaşına hasara alınmış sahələrin çəpərləri sökülür, binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
RİH Başçısı qeyd olunan ünvanda olaraq təmir-bərpa işlərinin gedişi ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib.