Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP Nəsimi Rayon Təşkilatının veteranları ilə gənclərin görüşü keçirilib.

19 noyabr 2021 | 16:00

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı partiya veteranlarını daima diqqət mərkəzində saxlayır, onların qayğıları və problemləri ilə maraqlanır, onlarla mütəmadi görüşlər təşkil edir. Növbəti görüş noyabrın 18-də bir qrup partiya veteranı ilə gənclər arasında keçirilmişdir.

Öncə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Azərbaycan Dillər Universiteti rektorunun müşaviri-partiya veteranı Ələddin Əliyev Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, dahi rəhbərə sonsuz ehtiramlarını bildiriblər.

Sonra tədbir Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş video-çarxla başladı.

Video-çarxın nümayişindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov veteran partiya üzvlərinin problem və qayğıları ilə maraqlanaraq hər zaman ona dəstək olacaqlarını bildirmişdir.

Eyni zamanda, rayon təşkilatının sədri Azər Süleymanov Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev cənablarının xüsusi yanaşması nəticəsində gənc nəslin partiya veteranlarının siyasi təcrübəsindən geniş yararlana bilməsi üçün Yeni Azərbaycan Partiyasında Veteranlar Şurası yaradıldığını qeyd etdi.

Daha sonra çıxış edən tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Yeni Azərbaycan Partiyasının nüfuzunun gündən-günə artdığını bildirib. O, partiyanın Nəsimi rayon təşkilatının rayonun ictimai-siyasi həyatında fəal şəkildə iştirak etdiyini söyləyib.

Görüşdə YAP Nəsimi rayon təşkilatının gənc partiya fəalları partiya veteranlarından Ələddin Əliyevin və Sevinc Əbilhəsənovanın dəyərli məsləhət və tövsiyələrini, o cümlədən partiyanın rayon təşkilatının yaradılması tarixi barədə maraqlı söhbətlərini dinlədilər.

Tədbirin sonunda çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi–gənc partiya üzvü Rüstəmov Rüfət veteranların dəyərli söhbətlərindən məmnun olduqlarını ifadə etdi və o, gənclərin vətənpərvər ruhda yetişməsi üçün bu görüşlərin əhəmiyyətini xüsusi vurğuladı.

 Qeyd edək ki, görüş xüsusi karantin qaydalarına tam əməl edilməklə keçirilmişdir.

Keçidlər