Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Heydər oğlu Əliyevə Möhtərəm cənab Prezident!

21 noyabr 2021 | 16:00

Sizi – XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, yeni tarixi epoxada böyük siyasətlə yüksək idarəçiliyi və vətənpərvərliyi özündə cəmləşdirən, Ulu öndər Heydər Əliyevin siyasi təlimini müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən görkəmli dövlət xadimini – Yeni Azərbaycan Partiyasının - xalqımızı xoşbəxt gələcəyə aparmağa qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir partiyanın - yaranmasının 29-cu ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Bu gün Azərbaycan dünya birliyinin  ən etibarlı tərəfdaşı, qlobal layihələrin təşəbbüskarı, dünyada sabitliyin bərqərar olunması üçün təcrübəsi öyrənilən tolerant ölkədir.  Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, in­ki­şaf yolu vardır.

Bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi isə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Bu qələbə ilə xalqımızın tarixinin qəhrəmanlıq salnaməsi yaranmış və Siz bu salnamənin əsl qəhrəmanına çevriilmisiniz.

Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasını, tarixi ədalətin, milli ləyaqətin və milli qürurun bərpasını təmin edən 44 günlük Vətən müharibəsində qazanılmış qələbədə milli həmrəylik amilinin yeri və rolu müstəsnadır. Azərbaycanın tarixi qələbəsində, tərəqqi yolunda inamla irəliləməsində xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının xüsusi rolu və payı vardır.

Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünü qeyd edirik.

 

Möhtərəm cənab Prezident!

21 noyabr 1992-ci il ictimai-siyasi fikir tariximizin unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat – Yeni Azərbaycan Partiyası yaranmış və xalqın ümüd ünvanına, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrilmişdir. Öz fəaliyyəti ilə ölkəmizin inkişafına layiqli töhfə verən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarımızda imzası vardır. Ölkə daxilində böyük nüfuza və geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.

Bu gün Ümummilli liderimiz Heydər Əliyevin yaratdığı tarixi ənənələr Sizin rəhbərliyinizlə Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir.

Bu tarixi reallıq, Möhtərəm cənab Prezident, Sizin qətiyyətli, dönməz siyasətiniz ilə gerçəkləşdirilir. Heydər Əliyev siyasətinin Sizin tətəfinizdən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olubdur. YAP-ın əldə etdiyi qələbələr, Sizin həyata keçirdiyiniz siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. YAP-ın sıralarında 800 minə yaxın insanın birləşməsi vətəndaşlarımızın Heydər Əliyev ideyalarına, Sizin siyasətinizə inamının parlaq təzahürüdür.

Yeni Azərbaycan Partiyasının geridə buraxdığı möhtəşəm və tarixi 29 il bir daha sübut edir ki, ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP  nəinki regionda, eləcə də, beynəlxalq arenada özünün böyük nüfuzu ilə tanınan bir siyasi təşkilatdır.

Bütün bu qələbələr YAP-ın Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, xalqın partiyanın ideoloji-siyasi xəttinə inamını və dəstəyini daha da gücləndirir. YAP 29-cu ildönümünü mütəşəkkil və cəmiyyətdə böyük nüfuza malik partiya kimi başa vurur.  

 

Möhtərəm cənab Prezident!

Azərbaycan vətəndaşları ötən 29 ilin təcrübəsi əsasında qəti əmin olublar ki, YAP-ın mövcudluğu, onun liderinin Azərbaycana rəhbərlik etməsi əmin-amanlıq, sabitlik, inkişaf, tərəqqi, insanların rifahının yüksəlməsi, milli maraqların qorunması, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun artması, müasirləşməsi, yeniləşməsi deməkdir. Onlar YAP-ın tarixi keçmişinın nə qədər əzəmətli və möhtəşəm olmasına şahidlik etdikləri kimi, gələcəyinin daha da parlaq olacağına əminliklə inanırlar. YAP-ın sıralarında birləşən əzəmətli siyasi güc bu inamı reallığa çevirəcəkdir. YAP-ın şərəfli tarixi uzun illər davam edəcək və bu tarixə yeni-yeni şanlı səhifələr yazılacaqdır.

 

Möhtərəm cənab Prezident!

Bir daha Sizi, xalqın inam simvolu olan, Heydər Əliyev ideyalarından güc alan, Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibəti ilə təbrik edir, günü-gündən qüdrətlənən doğma Azərbaycanımızın daha yüksək zirvələr fəth etməsi naminə həyata keçirdiyiniz möhtəşəm fəaliyyətinizdə Sizə yeni-yeni qələbələr arzulayırıq.

 

Dərin hörmət və ehtiramla,

 

Nəsimi rayon ictimaiyyəti adından İcra

Hakimiyyətinin başçısı

Asif Əsgərov

 

Keçidlər