Şriftin ölçüsü :

Saytın rəngi :

Səməd Vurğun küçəsi 85 saylı binanın həyətində başlanılmış quruculuq ve yenidənqurma işləri davam etdirilir.

22 noyabr 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Səməd Vurğun küçəsi 85  saylı binanın həyətində başlanılmış quruculuq ve yenidənqurma işləri davam etdirilir.

Hazırda  binanın həyətində su-kanalizasiya xətləri yenilənib, asfalt örtüyü vurulub, yeni bardürlər və tamet daşları qoyulub, özbaşına hasara alınmış sahələrin çəpərləri sökülüb, yaşı ötmüş təhlükəli vəziyyətdə olan hündür ağaclar aqrotexniki qaydada budanaraq təhlükəsiz vəziyyətə gətirilir, binanın fasadında  əsaslı təmir işləri davam etdirilir.

Hazırlanmış layihəyə uyğun sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulur.

RİH Başçısı qeyd olunan ünvanda olaraq sakinlər ilə görüşüb, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib.

Keçidlər