Alı Mustafayev küçəsi 3 saylı ünvanında başlanılmış quruculuq ve yenidənqurma işləri davam etdirilir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində 5 mərtəbəli, 8 girişli Alı Mustafayev 3 saylı binaların əhatə etdiyi ərazidə başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.
Hazırda binanın fasadında əsaslı təmir işləri aparılır. Görüləcək işlər zamanı yağış sularını axıdan borular və navalçalar, həyətdə işıqlandırma sistemi yenidən qurulacaq, işıq dirəkləri quraşdırılacaq, blokların qapı və pəncərələri yenisi ilə əvəz olunacaq, giriş pilləkən meydançalarında təmir-bərpa işləri aparılacaqdır. Hazırlanmış tədbirlər planına uyğun olaraq binanın həyətində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, oturacaqlar, müxtəlif növ idman qurğuları və uşaqlar üçün oyun elementlərinin quraşdırılması nəzərdə tutulub.
RİH Başçısı qeyd olunan ünvanda olaraq sakinlər ilə görüşüb, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib.