Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda əhaliyə “booster” doza vaksinin vurulması prosesinin sürətləndirilməsi ilə bağlı növbəti müşavirə keçirilib.

27 noyabr 2021 | 16:00

Əhaliyə “booster” doza vaksininin vurulması prosesi respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da uğurla davam edir.

Bu işlərin mütəşəkkil qaydada təşkili edilməsi və səmərəliliyinin artırılması üçün rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə işçi qrupu yaradılıb. İşçi qrupu tərəfindən rayon ərazisində yaşayan bütün sakinlərin, dövlət və qeyri-dövlət sektorunda, o cümlədən ümumtəhsil müəssisələrində və digər qurumlarda işləyənlərin, pensiya, müavinət, ünvanlı dövlət sosial yardımı alanların, ali və orta ixtisas təhsili müəssisələri əməkdaşlarının “booster” doza ilə peyvəndlənmə prosesinə cəlb olunması və bu məqsədlə maarifləndirmə-izahat işinin daha da gücləndirilməsi, habelə digər zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir və prosesin gedişi daim nəzarətdə saxlanılır.

Rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayevin, Rayon Bələdiyyəsinin, Sahə İnzibati Ərazi Dairələri nümayəndələrinin, Rayon İdman və Gənclər İdarəsinin, rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış işçi qrupunun üzvlərinin, MKTB-nin və MKİS-lərin rəhbərlərinin iştirakı ilə Nəsimi Rayon İcra Hakimiyyətində əhali arasında 3-cü doza (“booster” doza) vaksinin vurulması ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsi məqsədi ilə növbəti müşavirə keçirilib.

Müşavirədə çıxış edən RİH başçısı Asif Əsgərov bildirdi ki, koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində əhalinin peyvəndlənməsi prosesi uğurla davam etdirilir və eyni zamanda əhalinin “booster” doza ilə peyvəndolunma mərhələsi həyata keçirilir.

Müşavirədə vaksinasiya prosesinin vacibliyi xüsusi vurğulanaraq əhali arasında maarifləndirmə işlərinin sürətləndirilməsi üçün yaradılmış monitorinq qruplarının fəaliyyətinin daha da artırılması ilə əlaqədar aidiyyatı qurumlara və şəxslərə müvafiq tapşırıqlar verilib, əhali arasında mütəmadi olaraq izahat-maarifləndirici tədbirlərin keçirilməsi tövsiyyə olunub.

Tədbirdə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayev və digərləri çıxış edərək əhalinin 3-cü doza (“booster” doza) ilə peyvəndlənmə prosesinə cəlb olunması üçün maarifləndirmə işlərinin artırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd etdilər.

Keçidlər