Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Bakının Nəsimi rayonundakı körpələr evində olmuşlar
Sentyabrın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva Nəsimi rayonundakı 1 nömrəli körpələr evində olmuşlar.
Leyla xanıma və Arzu xanıma gül dəstələri təqdim edildi.
Məlumat verildi ki, 1930-cu ildə inşa edilən binada 2005-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Leyla xanım və Arzu xanım valideyn himayəsindən məhrum uşaqlarla görüşdülər, onlarla söhbət etdilər.
Qeyd olundu ki, burada 3 yaşa qədər 39 uşaq böyüyür. Onlar müntəzəm olaraq tibbi müayinədən keçirlər. Heydər Əliyev Fondu yarandığı gündən digər uşaq evləri kimi, bu uşaq evini də daim diqqətdə saxlayır.
Leyla xanım Əliyeva və Arzu xanım Əliyeva bu dəfə də uşaqları Heydər Əliyev Fondunun sovqatları ilə sevindirdilər.