Nəsimi rayonunda Alı Mustafayev küçəsi 3 ünvanında aparılan abadlıq və quruculuq işləri başa çatdırılıb.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Həyata keçirilən silsilə tədbirlər çərçivəsində 5 mərtəbəli, 8 girişli Alı Mustafayev küçəsi 3 saylı binada və həyətində aparılan abadlıq, quruculuq-yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq yaşayış binasının fasadı, dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan borular və navalçalar dəyişdirilib, pilləkən qəfəsləri təmir olunub.
Təmir işləri zamanı yaşayış binasında 8 ədəd giriş qapıları, 32 ədəd pəncərə dəyişdirilib, həyətə söhbətgah və oturacaqlar qoyulub.
Binaların həyətinə 2000 kv.m-dən artıq asfalt vurulub, 200 kv.m. istinad divarları bərpa edilib.
Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 3 nöqtədə işıq dirəkləri quraşdırılıb.
Aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.