Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda daha bir ünvanda – Hüseyn Seyidzadə küçəsi 27a-da aparılan abadlıq və quruculuq işləri başa çatdırılıb.

02 dekabr 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində 5 mərtəbəli, 6 girişli Hüseyn Seyidzadə küçəsi 27a saylı binada və həyətində aparılan abadlıq, quruculuq-yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq yaşayış binasının fasadı, dam örtüyü əsaslı təmir edilib, yağış suları axıdan borular və navalçalar dəyişdirilib, pilləkən qəfəsləri təmir olunub.

Təmir işləri zamanı yaşayış binasında 6 ədəd giriş qapıları, 24 ədəd pəncərə dəyişdirilib, binanın giriş pilləkənləri aqlay daşla üzlənib.

Binaların həyətinə 1000 kv.m-dən artıq asfalt, 1000 kv.m-ə yaxın tamet daşları vurulub, 150 kv.m. istinad divarları bərpa edilib, yağış sularını axıdan xətlər çəkilib.  

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 4 nöqtədə işıq dirəkləri quraşdırılıb.

Aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə sakinlər ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər