20 Yanvar küçəsi 7 a və H.Seyidzadə küçəsi 11 saylı binalarda aparılan təmir-bərpa işləri davam etdirilir.
Görülmüş işlər çərçivəsində 20 Yanvar küçəsi 7 a və H.Seyidzadə küçəsi 11 saylı binalarda əsaslı təmir işləri aparılır, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni navalça və borular quraşdırılıb, binanın dam örtüyü əsaslı təmir olunub.
Hazırlanmış layihəyə uyğun olaraq 20 Yanvar küçəsi 7 a və H.Seyidzadə küçəsi 11 saylı binalarda əsaslı təmir işləri aparılır və söhbətgahlar quraşdırılır.
Həyətə tamet daşları və bardürlər vurulur, hal-hazırda asfaltlaşma işləri davam etdirilir. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif növ idman alətləri quraşdırılır və idman meydançaları yaradılıb.
RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.