Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar küçəsi 7 a, 9 və H.Seyidzadə küçəsi 11 saylı binaları əhatə etdiyi ərazidə başlanılmış abadlıq işləri yekunlaşmaq üzrədir.

07 dekabr 2021 | 16:00

Görülmüş işlər çərçivəsində 20 Yanvar küçəsi 7 a, 9 və H.Seyidzadə   küçəsi 11  saylı binalarda əsaslı təmir işləri aparılır,  giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib, yeni navalça və borular quraşdırılıb, binanın dam örtüyü əsaslı təmir olunub.

Sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ idman qurğuları,  uşaqlar üçün oyun elementləri quraşdırılıb, həmçinin abadlıq işləri aparılan əraziyə asfalt və qazon vurulub.

RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.

 

 

 

 

Keçidlər