Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Səməd Vurğun küçəsi 85 saylı binanın həyətində başlanılmış quruculuq ve yenidənqurma işləri davam etdirilir.

08 dekabr 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Səməd Vurğun küçəsi 85  saylı binanın həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.

Hazırda  binanın həyətində asfalt örtüyü və tamet daşları vurulub, blokların pəncərələri dəyişdirilir, sakinlərin müraciətləri  nəzəzrə  alınaraq binanın həyətindəki qurumuş təhlükəli vəziyyətdə olan ağaclar budanır, binanın fasadında əsaslı işləri davam etdirilir.

RİH Başçısı qeyd olunan ünvanda olaraq sakinlər ilə görüşüb, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib.

 

Keçidlər