Şriftin ölçüsü :

Saytın rəngi :

H.Seyidzadə küçəsi 11 saylı binada aparılan təmir-bərpa işləri davam etdirilir.

10 dekabr 2021 | 16:00

Nəsimi rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində H.Seyidzadə küçəsi 11 saylı ünvanda RİH tərəfindən başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Hazirda binanın fasadı yenilənir, giriş qapıları və pilləkən qəfəslərinin pəncərələri dəyişdirilir, yeni navalça və borular quraşdırılır, binanın dam örtüyü əsaslı təmir olunur, bardürlər yeniləri ilə əvəz olunur,asfalt örtüyünün vurulması işlərinə hazırlıq gedir.

Hazırlanmış layihəyə uyğun olaraq sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar,müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulur.

RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.

 

Keçidlər