Şriftin ölçüsü :

Saytın rəngi :

NƏSİMİ RAYONUNDA BEYNƏLXALQ MÜƏLLİM GÜNÜ QEYD OLUNMUŞDUR

05 oktyabr 2013 | 15:00

Nəsimi rayonunda Beynəlxalq Müəllim Günü münasibətilə tədbir keçirilib. Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin təşkil etdikləri tədbiri rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəniəliyev açaraq təhsil işçilərini əlamətdar gün ilə əlaqədar təbrik etdi və onlara şərəfli fəaliyyətlərində uğurlar arzuladı. 0 bildirdi ki, son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsildə də böyük uğurlar əldə olunub. Azərbaycanda ildən-ilə təhsilin səviyyəsi artır, müasir standartlara cavab verən tədris müəssisələri inşa edilir, mövcud məktəblərdə təmir və bərpa işləri görülür, onların maddi-texniki bazası möhkəmləndirilir, bu sahədə çalışan insanlann maddi rifah halının yüksəlməsi istiqamətində mütəmadi olaraq lazımi işlər həyata keçirilir. 2012-2013-cü tədris ilində Nəsimi rayonunda da bu sahədə nailiyyetlər əldə olunub. Rayondakı 35, 46 saylı tam orta məktəblər ve Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi "İlin ən yaxşı məktəbi", 8 müəllim isə "İlin ən yaxşı müəllimi" müsabiqələrinin qalibi olmuşlar. Bu il rayon məktəblərini bitirmiş 1224 nəfər ali tehsil müəssisələrinə daxil olmuşdur. Onlardan 58-i 600-dən,. 20 nəfəri isə 650-dən yuxan bal toplamış, 4 nəfər Prezident təqaüdünə layiq görülmüşdür. Müəllimlərin peşə bayramı ərafəsində rayonun təhsil işçilərindən biri "Əməkdar müəllim" adına layiq görülmüş, ikisi isə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Sonra bir qrup təhsil işçisinə əldə etdikləri nailiyyetlərə və rayonun ictimai həyatındakı fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olundu. Tədbirdə Milli Meclisin deputatlan Məlahət İbrahimqızı və Aytən Mustafayeva iştirak edirdilər. Respublikanın tanınmış müğənnilərinin və H.Sarabski adına Mədəniyyet evi kollektivinin ifasında böyük konsert proqramı nümayiş etdirildi.

Keçidlər