Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Səməd Vurğun küçəsi 85 saylı binanın həyətində başlanılmış quruculuq və yenidənqurma işləri yekunlaşmaq üzrədir.

22 dekabr 2021 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Səməd Vurğun küçəsi 85  saylı binanın həyətində başlanılmış quruculuq və yenidənqurma işləri yekunlaşmaq üzrədir.

Hazırda  binanın  fasadı təmir olunub, blokların pəncərələri plastik pəncərələrlə dəyişdirilib, həyətində asfalt örtüyü və tamet daşları vurulub.

Görülmüş işlər çərçivəsində təhlükəli vəziyyətdə olan ağaclar budanılıb, binaların həyətlərində ümumi görünüşə xələl gətirən köşklər və özbaşına hasara alınmış sahələrin çəpərləri sökülərək əhalinin ümumi istifadəsinə qaytarılıb.

 Binanın həyətində müxtəlif növ idman qurğuları, uşaq oyun elementləri quraşdırılıb və hazırda nəzərdə tutulan yerlərə qazon əkilməsi üçün torpaq işləri, həyətin işıqlandırması işləri davam etdirilir.

RİH Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər