Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri Cənab İlham Heydər oğlu Əliyevə
Möhtərəm cənab Prezident!
İcazə verin Sizi – Ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni tarixi epoxanın və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən, xalqına xidməti özünün ən böyük həyat amalına çevirən, cəmiyyətdə yeni mənəvi dəyərlər yaradan görkəmli dövlət xadimini – Ad gününüz münasibətilə Nəsimi rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımızı ifadə etməkdən böyük şərəf və məmnunluq hissi duyum.
Bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın dövlət quruculuğu təcrübəsi artıq dünyada mükəmməl örnəklərdən biri kimi qəbul edilir.
Tarix göstərir ki, dövlətlərin inkişafı üçün onilliklər, qərinələr lazım gəlir. Ölkəmiz isə son 18 ildə yüz illiyə bərabər inkişaf yolu keçmişdir. Bu inkişafın müəllifi ölkəmizə layiqincə rəhbərlik edən, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevdir.
Möhtərəm cənab Prezident!
Siz dərin və hərtərəfli biliyə, yüksək daxili mədəniyyətə malik müasir və çevik siyasətçi kimi beynəlxalq arenada böyük hörmət sahibi olaraq qloballaşma və inteqrasiya proseslərində, habelə beynəlxalq görüşlərdə və yüksək səviyyəli danışıqlarda milli mənafeləri əzmlə müdafiə edirsiniz. Uğurlu xarici siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Siz praqmatik və rasional addımlarınız ilə ölkəmizdə demokratik proseslərə, hüquqi dövlət quruculuğuna, vətəndaş cəmiyyətinin bərqərar olmasına, iqtisadi resursların bu yönümdə səfərbər olunmasına təkan vermisiniz.
Sizin həyata keçirdiyiniz dövlətçilik konsepsiyasını Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideoloji kurs üzərində formalaşdırmağınız davamlı uğurlara təminat yaradaraq milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının ictimai şüurda möhkəmlənməsi, tolerantlığın, multikultural dəyərlərin mənimsənilməsi ilə nəticələnmişdir.
İqtisadi inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqelərini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir.
Uzaqgörənliyiniz, problemlərə rasional mövqedən yanaşmağınız, Sizin kamil və müdrik siyasətçi portretinizi formalaşdırır. Bütün bu yüksək keyfiyyətlərinizi malik olduğunuz qətiyyət, intellekt, enerji, potensial və işgüzarlıq tamamlayır.
Möhtərəm cənab Prezident!
Sizin bütün məsələlərə yanaşma və baxışınız bir amilə istinad edir : Azərbaycan xalqının, dövlətinin milli maraqları!
Siz, heç bir beynəlxalq gücdən asılı olmadan, xarici təzyiqlər qarşısında müvazinətinizi itirmədən xalqımızı milli hədəflərə doğru aparmaqda əzmli və qətiyyətlisiniz. Ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə Siz qətiyyətlə məsuliyyəti öz üzərinizə götürür və məqsədinizə çatırsınız. Siz həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşmüsünüz. Siz Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrilmisiniz. Siz nadir şəxsiyyətlərdənsiniz ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özünüzdə birləşdiririsiniz.
Bəli, Sizin qüdrətinizlə ölkəmizin yeni tarixi yazılmış, Azərbaycanda yeni mərhələ başlanmışdır. Bu Sizin ölkəmizə qazandırdığınız mühüm bir zirvədir. Siz xalqımızı və ölkəmizi böyük bacarıqla, qətiyyətlə, uzaqgörənliklə zirvədən zirvəyə, qələbədən qələbəyə doğru aparmaqda davam edirsiniz. Uğurla reallaşan bu siyasətin nəticəsi olaraq dünya birliyi Azərbaycana böyük hörmət və rəğbətlə yanaşır.
Azərbaycanı çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm dövrünə çatdıran lider məhz İlham Əliyevdir !
Möhtərəm cənab Prezident!
Sizi – Ad gününüz münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, bu əlamətdar gündə Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə - uzun ömür, möhkəm cansağlığı, tükənməz enerji, ali dövləti fəaliyyətinizdə, Azərbaycan naminə bütün təşəbbüslərinizdə yeni uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov