Nəsimi rayonunda Kövkəb Səfərəliyeva küçəsinin piyada səkilərində aparılan təmir və bərpa işləri davam etdirilir
Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yarasız vəziyyətə düşmüş yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Görülən işlər çərçivəsində rayonun küçə və prospektlərində piyadalar üçün nəzərdə tutulmuş, yarasız vəziyyətdə olan səkilərdə cari təmir və bərpa işləri aparılır.
Təmir və bərpa işləri zamanı səkilərdəki tamet daşları bərpa olunur, yeni bardürlər qoyulur.
Rayon İH- nin Başçısı təmir və bərpa işləri aparılan ünvanlarda olaraq sakinlərin qaldırdıqları məsələlərin operativ həlli üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.