Nəsimi rayonu H.Seyidzadə küçəsi 13 və 17 saylı binaların həyətində başlanılmış quruculuq ve yenidənqurma işləri davam etdirilir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 13 və 17 saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.
Hazırda binaların həyətində asfalt örtüyü və tamet daşları vurulur, binaların dam örtüyü əsaslı təmir edilir, yağış suları axıdan navalça və borular təmir olunur binaların fasadında əsaslı işləri davam etdirilir.
Hazırlanmış layihəyə uyğun olaraq müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulur. RİH Başçısı qeyd olunan ünvanda olaraq sakinlər ilə görüşüb, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib.