Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən şəhid Mikayılov Cəbrayıl Valeh oğlunun ailəsi və yeni mənzil verilmiş Vətən müharibəsi əlilii Babayev Elnur Qüdrət oğlunun ailəsi ziyarət olunub.

29 dekabr 2021 | 16:00

“Azərbayacan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 25.01.2021-ci il tarixli 2495 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonundan olan Şəhid ailələri və Vətən müharibəsi əlillərinə də Xocəsən qəsəbəsində tam kommunal şəraitli, yaşayış üçün bütün tələblərə cavab verən yeni mənzillər verilmişdir.

 Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və rayon İcra Hakimiyyətinin  məsul əməkdaşları, yeni mənzilə köçməsi ilə əlaqədar   Vətən Müharibəsi əlili Babayev Elnur Qüdrət  oğlunun ailəsini   ziyarət edərək,  ailəyə yeni mebel dəsti hədiyyə edib.

Eyni zamanda həmin ünvanda yaşayan Vətən müharibəsi Şəhidi Mikayılov Cəbrayıl Valeh oğlunun ailəsi ziyarət olunaraq bayram sovqatı verilib.

Hər iki ailə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər