Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Şəhid Zeynallı Rəşad Qiyas oğlunun və yeni mənzil verilmiş Vətən müharibəsi əlilii Salmanov Rufət İsfəndiyar oğlunun ailəsi ziyarət olunub.
“Azərbayacan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 25.01.2021-ci il tarixli 2495 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonundan olan Şəhid ailələri və Vətən müharibəsi əlillərinə də Xocəsən qəsəbəsində tam kommunal şəraitli, yaşayış üçün bütün tələblərə cavab verən yeni mənzillər verilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı və rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yeni mənzilə köçməsi ilə əlaqədar Vətən Müharibəsi əlili Salmanov Rufət İsfəndiyar oğlunun ailəsini ziyarət edərək, ailəyə yeni mebel dəsti hədiyyə edib.
Vətən müharibəsi Şəhidi Zeynallı Rəşad Qiyas oğlunun ailəsi ziyarət olunaraq bayram sovqatı verilib.
Hər iki ailə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.