31 dekabr- Dünya Azərbaycalıların Həmrəyliyi günü və yeni il münasibəti ilə Vətən müharibəsi Şəhid ailələri və qaziləri ziyarət olunub.
30 dekabr 2021 | 16:00
Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
31 dekabr- Dünya Azərbaycalıların Həmrəyliyi günü və yeni il münasibəti ilə rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri və qaziləri rayon icra Hakimiyyətinin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb.