Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu H.Seyidzadə küçəsi 13 və 17a saylı binalarda aparılan təmir-bərpa işləri davam etdirilir.

05 yanvar 2022 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 13 və 17a  saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.

Hazırda  binaların  həyətində asfalt örtüyü , bardür və  tamet daşları vurulur,  dam örtüyü əsaslı təmir olub, blokların qapı və pəncərələri dəyişdirilir,  fasadında təmir işləri davam etdirilir.

RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.

Keçidlər