H.Seyidzadə küçəsi 13 saylı binanın həyətində başlanılmış quruculuq ve yenidənqurma işləri davam edir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 13 saylı binanın həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam edir.
Hazırda binanın dam örtüyü və fasadı əsaslı təmir olub, həyətdə asfalt örtüyü , bardür və tamet daşları vurulur, blokların qapı və pəncərələrinin dəyişdirilməsi, söhbətgahların və uşaq oyun elementlərinin quraşdırılması işləri davam etdirilir
RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.