Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidi Rzayev Hacırza Fikrət oğlunun doğum günü qeyd olunub.

07 yanvar 2022 | 16:00

Vətən müharibəsi Şəhidi Rzayev Hacırza Fikrət oğlunun ad günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının, RİH başçısı aparatının məsul əməkdaşlarının və şəhidin ailə üzvlərinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.

Şəhid Rzayev Hacırza Fikrət oğlunun Azərbaycan Respublikası Prezidentinin  05 noyabr 2021 -ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" təltif olunduğu medal RİH başçısı tərəfindən şəhidin ailəsinə təqdim olunub.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər