Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu H.Seyidzadə küçəsi 13 və 17 saylı binalarda aparılan təmir-bərpa işləri davam etdirilir.

10 yanvar 2022 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 13 və 17   saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.

Hazırda   binaların  fasadı,  dam örtüyü təmir olunur, blokların qapı və pəncərələri yenilənir,   yağış suları axıdan boru və navalçalar dəyişdirilir, yeni işıqlandırma sistemi çəkilir və işıq dirəkləri quraşdırılır.

 Həyətlərə asfalt örtüyü, bardür və  tamet daşları vurulub, söhbətgahların, uşaq oyun elementlərinin və idman qurğülarının  quraşdırılması   işləri davam etdirilir.

RİH başçısı qeyd olunan ünvanda olaraq işlərin operativ və keyfiyyətlə başa çatdırılması üçün aidiyyatı şəxslərə müvafiq tövsiyyələr verib.

Keçidlər