Nəsimi rayonu H.Seyidzadə küçəsi 13,17 və 20 Yanvar küçəsi 19-a saylı binalarda aparılan təmir-bərpa işləri davam etdirilir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 13,17 və 20 Yanvar küçəsi 19-a saylı binaların əhatəsində həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.
Görülmüş işlər çərçivəsində H.Seyidzadə küçəsi 13,17 və 20 Yanvar küçəsi 19-a saylı binalarda fasad, dam örtüyü, yağış suları axıdan borular və navalçalar əsaslı təmir edilib, sakinlərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün söhbətgahlar quraşdırılıb, həyətlərə asfalt örtüyü və bardürlər vurulub.
Hazırda binaların giriş qapıları və pəncərələrin dəyişdirilməsi, həyətlərdə özbaşına çəpərə alınan sahələrin açılması, yaşıllıqların salınması, müxtəlif növ uşaq oyun elementləri və idman qurğularının quraşdırılması işləri davam etdirilir.
RİH Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.