Şriftin ölçüsü :

Saytın rəngi :

3-cü mikrorayon dairəsi ətrafında qanunsuz parklanmanin qarşısı alınıb.

18 yanvar 2022 | 16:00

Nəsimi rayonu 3-cü mikrorayon dairəsi ətrafında, xüsusilə körpü infrastrukturu boyu  20 Yanvar dairəsinə doğru M. Cəfərov küçəsində qanunsuz parklanma və taksi xidməti göstərilməsi halları baş verirdi ki, bu da təkrar olaraq əhalinin və ətrafda yaşayan sakinlərin ciddi narazılığı ilə qarşılanırdı.

3-cü mikrorayon dairəsi, körpünün alt hissəsində qanunsuz taksi və sərnişin daşıma xidməti göstərən avtomobillərin park edilməməsi bərədə  müraciətlərlə əsasən aidiyyəti qurumlar, o cümlədən Bakı Nəqliyyat Agentliyi tərəfindən qısa müddət ərzində əməli tədbirlər görülüb, dairə ətrafina dəmir məhəccərlər quraşdırılıb.

Keçidlər