Qurban Bayramı
Oktyabrın 15-də xalqımızın əziz bayramlarından biri olan Qurban bayramı münasibəti ilə Nəsimi rayonunda bayram tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı 1000-dən çox rayon sakini də iştirak etmişdir. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hamını miiqəddəs bayramla əlaqədar təbrik etmişdir. O demişdir ki, xalqımız əsrlər boyu öz milli-mənəvi dəyərlərinə böyük ehtiramla yanaşmış, adət-ənənələrinə sadiq qalmış və onları qoruyub saxlamışdır. Azərbaycanda Qurban bayramı hər il böyük ruh yüksəkliyi və təntənə ilə qeyd olunur. Bu bayram mərhəmət, bərəkət və xeyirxah əməllərin rəmzi, insanlara ən yüksək keyfiyyətləri bəxş edən möhtəşəm bir hadisədir.
Həmin gün 800 ailəyə qurban payı verilmişdir. Eyni zamanda, Nəsimi Rayon Əhalinin Sosial Müdafıəsi Mərkəzinin əməkdaşlan tənha, ahıl, yataq xəstəsi olan'sakinlərə baş çəkmiş, onlara qurban payları vermişlər. Tədbirdə ahıl insanlar ürək sözlərini ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm dövlət başçımıza minnətdar olduqlarını bildiriblər.