Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

21 yanvar 2022 | 16:00

19.01.2021 çi il tarixində 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 20 Yanvar faciəsinin 32 -ci ildönümünə həsr olunmuş Anım Günü tədbiri keçirildi. Tədbirdə Nəsimi rayonu Gənclər İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Nəsimi rayon məktəbliləri, mərkəzin kollektivi və dərnək üzvləri iştirak edirdi.

Tədbirdə 20 Yanvar faciəsinin 32 -ci ildönümu ilə əlaqədar Nəsimi rayon Gənclər və İdman İdarəsi ilə birgə təşkil olunmuş rəsm müsabiqəsinin iştirakçılarının rəsmlərindən və mərkəzin "Təsviri incəsənət və Bacarıqli əllər"dərnək üzvlərinin əl işləri və rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur. Rəsmlərdən ibarət sərgi işləyə baxışdan sonra dərnək üzvlərinin ifasında "1990-cı il 20 Yanvar, 2020-ci il 8 Noyabr "ədəbi -bədii kompozisiya nümayiş etdirildi . Kompozisiyada mərkəzin "Bədii qiraət, Məktəb teatrı, Uşaq Xalq Rəqsləri " dərnəklərinin üzvləri iştirak edirdilər .

Tədbirin sonunda mərkəzin  direktoru Könül Mustafayeva çıxış edərək faciənin torədilmə səbəblərindən danışdı. Daha sonra Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev çıxış  edərək məktəblilər arasında keçirilmiş rəsm müsabiqəsinə yekun vuraraq qaliblərə və iştirakçılara Fəxri Fərman və hədiyyələrlə təltif edilmişlər .

Keçidlər