H.Seyidzadə küçəsi 13,17 və 20 Yanvar küçəsi 19-a saylı binalarda aparılan təmir-bərpa işləri yekunlaşmaq üzrədir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 13,17 və 20 Yanvar küçəsi 19-a saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri yekunlaşmaq üzrədir.
Görülmüş işlər çərçivəsində binaların fasadı, dam örtüyü, yağış suları axıdan borular və navalçalar əsaslı təmir edilib, giriş qapıları və pəncərələrin dəyişdirilib, sakinlərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün söhbətgahlar quraşdırılıb, həyətlərə asfalt örtüyü və bardürlər vurulub.
Hazırda binaların, həyətlərdə yaşıllıqların salınması, oturacaqların yerləşdirilməsi, işıqlandırma sisteminin yenilənməsi, müxtəlif növ uşaq oyun elementləri və idman qurğularnını quraşdırılması işləri aparılır.
RİH Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.