Nəsimi rayonu H.Seyidzadə küçəsi 13,17 və 20 Yanvar küçəsi 19-a saylı binalarda son tamamlanma işləri aparılır.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 13,17 və 20 Yanvar küçəsi 19-a saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri yekunlaşır.
Görülmüş işlər çərçivəsində binaların fasadı, dam örtüyü, yağış suları axıdan borular və navalçalar əsaslı təmir edilib, giriş qapıları və pəncərələr dəyişdirilib, binaların blokları təmir olunub, sakinlərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün söhbətgahlar quraşdırılıb, həyətlərə asfalt örtüyü, tamet və bardürlər vurulub.
Həyətlərdə yaşıllıqlar salınıb, oturacaqların yerləşdirilməsi, işıqlandırma sisteminin yenilənib, müxtəlif növ uşaq oyun elementləri və idman qurğularnını quraşdırılıb.
Hal-hazırda son tamamlanma işləri aparılır.
RİH Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.