Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami küçəsi 121 və Füzuli 73 saylı ünvanlarda asfaltlaşma işləri aparılıb.

28 yanvar 2022 | 16:00

Bakı şəhərində  aparılan abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində Nizami küçəsi 121 və Füzuli 73 saylı ünvanlarda  yaşayan  sakinlərin müraciətləri nəzərə alınaraq binaların həyətlərində yeni asfalt örtüyünün vurulub, binaların həyətində mövcud uşaq oyun elementlərində , oturacaqlarda cari təmir və sanitar təmizlik işləri   həyata keçirilib.
RİH başçısı qeyd olunan ünvanlarda olaraq sakinlərlə görüşüb, onların qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər