Nəsimi rayonunda yaşayış binalarının dam örtüklərinin əsaslı təmiri davam etdirilir.
29 yanvar 2022 | 16:00
Paytaxtımızda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində qış mövsümünə hazırlıqla əlaqədar olaraq Nəsimi rayonunda H.Seyidzadə 15, 21a, 2-ci mikrorayon H.Seyidzadə 17, A.Mustafayev 21,23, R.Məmmədov 11, H.B.Əliyev 8 saylı binaların dam örtüklərinin əsaslı təmir işləri aparılıb.
Təmir işləri zamanı binaların dam örtüklərinin əsaslı təmiri ilə yanaşı, yağış sularını axıdan boruların və navalçaların dəyişdirilməsi də həyata keçirilib.
İşlərin keyfiyyətlə başa çatdırılması daim nəzarətdə saxlanılır.