NƏSİMİ RAYONU: İLİN 9 AYI UĞURLU OLUB
Nəsimi rayonunda 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, cari ilin 9 ayında ölkəmizdə nailiyyətlər əldə olunmuş, böyük infrastruktur layihələri və proqramlarının icrası müvəffəqiyyətlə davam etdirilmiş, əhalinin maddı rifah halının yüksəldilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. 9 ayda əhalinin pul gəlirləri 7,6 faiz artmış, ölkə iqtisadiyyatına 17,7 milyard dollar həcmində investisiya qoyulmuş, valyuta ehtiyatları 49,4 milyard dollara çatmışdır. İlin 9 ayı ərzində ölkəmizdə 90 min yeni iş yeri açılmışdır. Əldə edilən bu nailiyyətlər əsası Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfındən uğurla həyata keçirilən müdrik siyasətin bariz nümunəsidir. Natiq bildirmişdir ki, ötən 9 ayda Nəsimi rayonunda da sosial-iqtisadi sahədə nailiyyətlər əldə edilib. Hesabat dövründə rayonda 301 milyon 105 min manat həcmində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 24,1 faiz çox etmişdir. Yeni tədris ili ərəfəsində rayondakı 2 tam orta məktəbdə yeni korpuslar inşa edilmiş, 5 tam orta məktəbdə isə əsaslı təmir işləri görülmüşdür. 9 ay ərzində rayonda 1480 yeni iş yeri açılmışdır. 2013-cü ilin 9 ayında Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2361 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Mərkəzin əməkdaşlan 354 tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərmişlər. İnşası başa çatdınlmış Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunun açılışı olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 19 və 240 saylı məktəblərin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuş, tapşınq və tövsiyələrini vermişdir. 74 və 92 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmirindən sonra açılış mərasimlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir. Sonra rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev hesabat məruzəsi ilə çıxış etdi. O dedi ki, ilin 9 ayı ərzində rayonda istehlak bazarı dinamik inkişaf etmiş, əhaliyə 792 milyon 922 min manatlıq mallar satılmış və xidmətlər göstərilmişdir. Hesabat dövründə rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi keçən ilin eyni dövrü ilə nisbətdə 83,1 faiz yüksələrək 29 milyon 6118 min manat təşkil etmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr isə 331 milyon 214 min manat həcmində iş görmüş və xidmətlər göstərmişlər ki, bu da keçən illə müqayisədə 14,1 faiz çoxdur. Rayon ərazisində istehsal olunan və satılan istehlak mallarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə reydlər keçirilir. Hər həflə rayondakı "Təzə Bazar" MMC və 3-cü mikrorayondakı "Kəndli yarmarkası" ərazilərində satış təşkil edilir. Burada 40-50 ton həcmində müxtəlif çeşidli bazar qiymətlərindən aşağı məhsullar satılır. Ötən dövrdə Nəsimi Qaz İstismar İdarəsi tərəfində istehlakçılara 6 milyon 631 min 486 manat həcmində təbit qaz satılmış və satışın 103 faizi ödənilmişdir. Rayon qaz istismar sahəsi tərəfindən 16357 mexaniki sayğac "Smart-kart" sayğacları ilə əvəz edilmişdir. İlin 9 ayında Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 25,2 milyon manatlıq elektirik enerjisi satılmış və ödəniş 100 faiz təşkil etmişdir. Hesabat dövründə Nəsimi Rayon Sukanal Departamenti tərəfindən 60820 paqonometr su borusu çəkilib. Ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da abadlıq və yenidənqurma işləri həyata keçirilir. Hazırda Cavadxan küçəsində yeni park salınır, H. Əliyev və R.Məmmədov küçələrinin kəsişməsində yerləşən "Heydər parkı"nda əsaslı təmir işləri yekunlaşmaq üzrədir. 29 ünvanda binalann fasadlannda təmir işləri aparılır. Azərbaycan Respublikası Regionlarının İnkişafı Dövlət Proqramı (2011-2013-cü illər)" nın icrası ilə əlaqədar Nəsimi rayonunda həyata keçirilən tədbirlər rayon icra hakimiyyəti rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır.
Sonra Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon enerji təchizatı və satışı idarəsinin rəisi Ramil Yusifov, Nəsimi Sukanal Departamentinin rəisi Teymur Fərzəliyev və başqaları çıxış etdilər. Onlar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun çıxışı etdi. Tədbirdə Milli Məclisin deputatlan Ziyad Səmədzadə və Asim Mollazadə iştirak edirdilər.