Nəsimi rayonu H.Seyidzadə küçəsi 17 və 21 saylı binalarda aparılan təmir-bərpa işləri davam etdirilir.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 17 və 21 saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.
Hazırda binaların həyətində asfalt örtüyü vurulub, bardür döşənir, yağış suları axıdan borular və navalçalar, dam örtüyü əsaslı təmir olub, blokların qapı və pəncərələri dəyişdirilir, fasadında təmir işləri davam etdirilir.
Hazırlanmış layihəyə uyğun sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün söhbətgahlar, müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulur.
RİH Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.