Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral -Gənclər gününə həsr olunmuş tələbələr arasında Nə? Harada? Nə zaman? İntellektual oyunu keçirilib.

03 fevral 2022 | 16:00

Azərbyacan Tibb Universitetində Nəsimi rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi və  "Consensus İntellectual Center"in birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında  2 fevral -Gənclər gününə həsr olunmuş Nə? Harada? Nə zaman? İntellektual oyunu keçirilib. Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov, "Consensus Intellectual Center"in koordinatoru Elvin  Əliyev və tələbələr iştirak ediblər.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, 2 Fevral - Gənclər Gününün təsis olunması, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin əsasını qoyduğu gənclər siyasəti Respublika Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd olundu ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında  birmənalı olaraq  dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu vardır.

Çıxışlardan sonra 14 komandanın iştirak etdiyi yarışda Bakı Mühəndislik Universitetinin "Ədalətin BMU dünya" komandası I, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, "Gauntlet" komandası II, Azərbaycan Turizm və Menecment Universitetinin "Turist" komandası isə III yerə layiq görülüb. Qaliblər kubok, diplom və medallarla təltif olunublar.

Keçidlər