Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda daha bir şəhid ailəsinin mənzilinin əsaslı təmiri yekunlaşmışdır.

04 fevral 2022 | 16:00

Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndir.Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli ,ardıcıl və davamlı tədbirlər həyata keçirir.Şəhid ailələri və əlillərin mənzil məişət şəraitinin yaxşılaşdırılması həyata keçırilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.

Nəsimi rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Vətən Müharibəsi şəhid ailələrinin və əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən  Şəhid Məmmədov Vuqar Elxan oğlunun ailəsinin yaşadığı Asif Məhərrəmov küçəsi 68a mənzil 49 ünvanında  yerlələşən 3 otaqlı mənzildə başlanılmış əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar RİH başçısı mənzilə baxış keçirərək mənzilin təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur. Bu günə qədər rayon ərazisində yaşayan 6 Şəhid ailəsinin mənzili təmir edilib.

Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

 

Keçidlər