Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun Mir Cəlal parkında abadlıq işləri davam etdirilir.

05 fevral 2022 | 16:00

Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmüş işlər çərçivəsində hazırda rayonun Mir Cəlal parkında yerləşən işiq dirəklərində və gecə işıqlandırma xətlərində bərpa işləri aparılır,  pilləkən və istinad divarlarının üzlük aqlay daşlarının təmir işləri görülür. Eyni zamanda parkda  yerləşən idman qurğularında, uşaq oyun elementlərində də cari təmiri işləri aparılır.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

 

 

Keçidlər