Nəsimi rayonu A.Məhərrəmov 45, 47 saylı binalarda quruculuq və yenidənqurma işlərinə başlanılıb.
Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində A.Məhərrəmov 45, 47 saylı binaların həyətində quruculuq və yenidənqurma işlərinə başlanılıb.
Hazırlanmış layihəyə uyğun olaraq binanın fasadında və dam örtüyündə təmir-bərpa işlərinin aparılması, binanın yağış sularını axıdan boru və navalçaların dəyişdirilməsi, blokların qapı, pəncərələrinin yenilənilməsi, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni yaşıllıq zolaqlarının salınması, söhbətgahlar, müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulur
RİH başçısı qeyd olunan ünvanda olaraq aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə tanış olarkən binanın sakinləri ilə görüşüb, onları narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tövsiyyələr verib.