Şriftin ölçüsü :

Saytın rəngi :

Hüseyn Seyidzadə küçəsi 17 və 21 saylı binalarda aparılan təmir-bərpa işləri davam etdirilir.

08 fevral 2022 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində H.Seyidzadə küçəsi 17 və 21  saylı binaların həyətində başlanılmış quruculuq və yenidənqurma işləri davam etdirilir.

Hazırda binaların  həyətinə asfalt örtüyü vurulub, tamet daşları, bardürlar döşənilir, yağış suları axıdan borular, navalçalar, blokların qapı və pəncərələri dəyişdirilir, sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün söhbətgahlar, müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması nəzərdə tutulur.

RİH Başçısı qeyd olunan ünvanlarda olaraq işlərin operativ və keyfiyyətlə aparılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.

Keçidlər