Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu Moskva prospekti 90, 92 saylı binalarda quruculuq və yenidənqurma işlərinə başlanması üçün ünvana baxış keçirilib.

09 fevral 2022 | 16:00

Nəsimi rayonu ərazisində məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində Moskva prospekti 90, 92  saylı binaların həyətində quruculuq və yenidənqurma işlərinə başlanılıb.

Hazırlanmış layihəyə uyğun olaraq binanın fasadında və  dam örtüyündə təmir-bərpa işlərinin aparılması, binanın yağış sularını axıdan boru və navalçaların dəyişdirilməsi, blokların qapı, pəncərələrinin  yenilənilməsi, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni yaşıllıq zolaqlarının salınması, söhbətgahlar, müxtəlif növ idman qurğuları və uşaq oyun elementlərinin quraşdırılması işləri planlaşdırılır.

Eyni zamanda sakinlərini müraciətləri nəzərə alınaraq avtomobillərin parklanması üçün yerlərin də yaradlması  nəzərdə tutulur.

 

 

Keçidlər